アゼルバイジャン語
Müqəddəs Mariya Maqdalena kilsəsi — Çexiyanın kurort-şəhəri Karlovı Varının mərkəzində yerləşən katolik kilsəsi. Barokko üslubunda kilsə məşhur memar Kilian İqnats Dintsenhofer tərəfindən 1732-1736-cı illər arasında inşa olunmuşdu. Kilsə isti termal bulaqlar kolonnadası ilə üzbəüz yerləşir və şəhərin əsas dominantlarından sayılır.