⛪ Religiøst sted
Zəncir altındakı Məryəm Ana kilsəsi
Kostel Panny Marie pod řetězem
aserbajdsjansk
Zəncir altındakı Məryəm Ana kilsəsi — Praqa şəhərinin Mala Strana rayonunda və Lazenska küçəsində yerləşən katolik monastır kilsəsi. Kilsənin fasadı, portal ilə birlikdə gecikmiş İntibah üslubunda, frontonu isə erkən barokko memarlıq üslubunda hazırlanıb. Kilsə Malta ordeninin cəngavərlərinə məxsus Böyük Çex prioratlığının monastır kompleksinin tərkibinə daxildir. Malta ordeninə məxsus qonşu binalarla birlikdə, kilsə Çex Respublikasının mədəniyyət abidəsi kimi qorunur