aserbajdsjansk
Sivlu gölü — Axeya prefekturasının Egiyaliya bələdiyyəsində, təxminən 700 metr yüksəklikdə, Helmosun yamaclarında yerləşən göl. 24 mart 1913-cü ildə ərazidə baş verən böyük sürüşmə Kratis çayının yatağının bağlanması zamanı yaranmışdır. Gölün səthi təxminən 8,3 hektar, dərinliyi isə təxminən 80 metrdir. Gölün yaxınlığında Peristera, Agiya-Varvara və Zaruxla kəndləri var. Gölün adı sürüşmə nəticəsində qismən su altında qalan Sivlu kəndindən götürülmüşdür.
