ázerbájdžánština
Malıbəyli məscidi — Azərbaycanın Xocalı rayonunun Malıbəyli kəndində yerləşən tarixi məscid və memarlıq abidəsi. Əvvəllər Şuşa rayonunun inzibati ərazisində yerləşən məscid dövlət mühafizəsinə götürülmüş yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda XIX əsrə aid memarlıq abidəsi kimi 5056 inventar nömrəsi altında qeyd edilmişdir.
