⛰️ Přírodní zajímavost

Noxuddağ

ázerbájdžánština

Noxuddağ - Babək rayonu ərazisində dağ. Nehrəm platosunun cənub-qərb kənarında yerləşən ən yüksək zirvə. Arazın sol sahilində, Gülüstan kəndindən 12 km-dək qərb-şimal-qərbdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomitləri və dolomitli əhəngdaşılarından təşkil olunmuş, zirvəsi yastı kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir. 

Číst více na WikipediiZdroj: Wikipedie · CC BY-SA 4.0

Zajímavosti v okolí